Portağal suyunun müəyyən dozada qəbulu ürək-damar sistemi və beyin funksiyalarının sağlamlığını qorumağa yardımçı ola bilər.
Yurd.Media xarici mətbuata istinadən məlumat verir ki, həyata keçirilən tədqiqatların nəticəsində portağal suyunun ölçülü formada istifadə edildikdə orqanizmə faydalı təsir göstərdiyini açıqlanıb. Portağalın tərkibindəki antioksidant birləşmələr və flavonoid maddələri damar sisteminin sağlam qalmasında əhəmiyyətli funksiya daşıyır.
Tədqiqatların nəticələrinə görə, hər gün təqribən 100–200 ml həcmində portağal suyu içildikdə qanda kəskin şəkər yüksəlməsi baş vermir və bu vəziyyət ürək sağlamlığına xeyirli təsir göstərə bilər. Tərkibindəki antioksidant komponentlər damarlarda iltihabi prosesləri zəiflədərək ürək tutması təhlükəsinin aşağı düşməsinə kömək göstərir. Bununla yanaşı, beyin damarlarına müsbət təsiri sayəsində insult, alzheimer və parkinson kimi nevroloji xəstəliklərin inkişaf ehtimalını azaltmağa dəstək verə bilər.
Vurğulamaq lazımdır ki, portağal suyunun sağlamlığa xeyirli təsiri birbaşa onun düzgün dozada qəbulundan asılıdır, lazım olandan artıq miqdarda istifadə isə əks effekt yarada bilər.