SÜJET
Ötən il Azərbaycanda talassemiya diaqnozu ilə 31 körpə doğulub.
Yurd.Media Operativ Media-ya istinadən xəbər verir ki, bunu Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova deyib.
O bildirib ki, bu irsi xəstəlik dövlət tərəfindən ciddi nəzarət altında saxlanılır.
Qeyd edək ki, hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Keçən ilin statistikasına görə, Azərbaycanda 4 mindən çox talassemiyalı xəstə var.