SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış
Süni intellekt tətbiqləri xərçəng riskini təyin edəcək

Süni intellekt tətbiqləri xərçəng riskini təyin edəcək

Süni intellekt tətbiqləri xərçəng riskini təyin edəcək.

Yurd.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə 12-ci Türk Tibbi Onkologiya Konqresində məlumat verilib.

Türkiyə Tibbi Onkologiya Dərnəyinin vitse-prezidenti professor Bülent Karabulut bildirib ki, xərçəngdə səbəb-nəticə əlaqəsi bilinərsə, dərmanın müalicə edə bilməyəcəyi xərçəng yoxdur. Onun sözlərinə görə, problem əslində məlumat çatışmazlığıdır:

"Biz bunu quranda çox uğurlu nəticələr əldə edirik. Süni intellekt bizə "bu tarixdə xərçəngə tutulacaqsınız" deməyə bilər. Amma bu yaşınıza qədər xərçəngə tutulma riskinizin yüksək olduğunu sizə xəbər verəcək".

Şəxsiyyət xüsusiyyətlərinin xərçənglə əlaqəli olduğunu göstərən bir araşdırma olmadığını deyən B. Karabulut, "Kədər xərçəngə səbəb olurmu?" sualına "O zaman övladını itirən hər ananın xərçəng olması lazımdır. Belə bir əlaqə yoxdur. Həyata pozitiv baxmaq hər zaman çox daha yaxşıdır" deyə cavab verib.