SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
İyun ayında qarpız yemək hansı təhlükələrə yol aça bilər?

İyun ayında qarpız yemək hansı təhlükələrə yol aça bilər?

  • 22 iyun 2025, 08:32

İyun ayının əvvəlindən mağazalarda artıq yay fəslinin sevilən meyvələrindən olan qarpız satışa çıxıb. Lakin mütəxəssislər bu dövrdə qarpız istehlakına ehtiyatla yanaşmağı tövsiyə edir.

Həkimlər vurğulayır ki, qarpız təbii şəraitdə iyul-avqust aylarında yetişir.

İyunun əvvəlində bazara çıxarılan qarpızların əksəriyyəti ya yetişdirici maddələrlə böyüdülür, ya da süni üsullarla tez yetişdirilir. Bu da sağlamlıq üçün ciddi risklər yarada bilər.

Qida zəhərlənməsi, bağırsaq pozğunluqları, allergik reaksiyalar və digər fəsadlar erkən mövsüm qarpızlarından qaynaqlana bilər. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər daha diqqətli olmalıdırlar.

Mütəxəssislər bildirir ki, sağlam və təhlükəsiz qarpız istehlakı üçün ən münasib vaxt iyul ayından başlayır.

Prime Leasing