SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Narkotikdən qurtulmaq istəyənlərin rasionu - TÖVSİYƏLƏR

Narkotikdən qurtulmaq istəyənlərin rasionu - TÖVSİYƏLƏR

Narkotik maddələrdən asılılıq yalnız psixoloji deyil, eyni zamanda fizioloji baxımdan da orqanizmi zəif salır. Uzun müddətli istifadənin təsiri ilə insanın bədəni əsas qida maddələrini itirir, immun sistemi zəifləyir və ümumi həyat keyfiyyəti aşağı düşür. Sağalma prosesində isə düzgün və balanslı qidalanma çox mühüm rol oynayır. Qida rasionunun düzgün qurulması bərpaedici müalicəni dəstəkləyir, enerjini artırır, əhval-ruhiyyəni stabilləşdirir və relaps riskini, yəni narkomaniya asılılığının müalicə olunduqdan sonra təkrar baş vermə ehtimalını azaldır.

Asılılıq bədəni necə zəiflədir

İştahanın itməsi və qeyri-müntəzəm qidalanma: Maddə istifadəsi zamanı bir çox insan yeməyə qarşı marağını itirir. Bu, bədəndə qida çatışmazlığına və enerji səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Həzm sistemində pozuntular: Xüsusilə opiatlar və alkoqol maddələri bağırsaq fəaliyyətini zəiflədir. Vitamin və mineralların sorulması pozulur.

Vitamin və mineral itkiləri: Asılılıq zamanı xüsusilə B qrupu vitaminləri, D vitamini, maqnezium, sink və dəmir kimi maddələr tükənir. Bu da sinir sisteminin və əzələlərin normal fəaliyyətini çətinləşdirir.

Bərpaedici qidalanmanın əsas komponentləri

Zülal mənbələri
Toyuq (kənd toyuğu), mal əti, balıq, yumurta, qatıq, paxlalılar (noxud, mərci, lobya) — toxuma və hüceyrələrin bərpasında əsas rol oynayır.

Kompleks karbohidratlar və lif
Tam buğda çörəyi, qarabaşaq, yulaf, kartof və qəhvəyi düyü — bədənin enerji ehtiyacını təmin edir və həzmi tənzimləyir.

Sağlam yağlar və Omega‑3
Balıq yağı, qoz, fındıq, zeytun yağı, avokado — beyin funksiyalarını yaxşılaşdırır, əhval-ruhiyyəni sabit saxlayır.

Vitamin və antioksidant mənbələri
Yaşıl yarpaqlı tərəvəzlər (kələm, ispanaq, cəfəri), moruq, böyürtkən, alma, nar — immun sistemini gücləndirir və toksinlərin orqanizmdən çıxmasına kömək edir.

Probiotik qidalar
Kefir, qatıq, təbii turşular — bağırsaq florasını bərpa edərək ümumi sağlamlığı dəstəkləyir.

 Qidalanma üzrə əsas tövsiyələr

Gündəlik 3 əsas, 2 ara qidalanma planı qurulmalıdır.

Səhər yeməyi mütləq qəbul edilməlidir – bu, gün ərzində psixoloji stabilliyi artırır.

Hazır və yüksək şəkərli məhsullardan uzaq durmaq tövsiyə olunur.

Gündəlik su qəbulunun artırılması vacibdir – təmizlənmə və enerji üçün.

Çay süfrələrinə göyərtiləri (cəfəri, şüyüd, keşniş), yerli tərəvəzləri əlavə etmək məsləhətdir.

Prime Leasing