SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış
Yüksək təzyiqin yaradacağı fəsadlar -  Həkimdən XƏBƏRDARLIQ

Yüksək təzyiqin yaradacağı fəsadlar - Həkimdən XƏBƏRDARLIQ

Arterial hipertenziya (yüksək təzyiq) ciddi və həyati təhlükə yarada biləcək fəsadlara səbəb ola bilər.

Yurd.Media xəbər verir ki, rusiyalı kardioloq Anastasiya Malay "İzvestiya"ya bildirib ki, bu xəstəlik nəzarətsiz qaldıqda infarkt, insult, böyrək və göz zədələnməsi kimi ciddi problemlərə yol aça bilər.

Malay qeyd edib ki, yüksək təzyiq ürək əzələsinin qalınlaşmasına (hipertrofiya), işemiyaya və nəticədə miokard infarktına səbəb ola bilər. Həmçinin hipertoniyanın insult riskini də artırdığını vurğulayıb.

Kardioloq əlavə edib ki, hipertenziyanın digər fəsadlarına ürək çatışmazlığı, xroniki böyrək çatışmazlığı, göz dibində dəyişikliklər (hipertenziv retinopatiya) və görmə itkisi daxildir. Həmçinin, yüksək təzyiq damarların elastikliyini azaldır, ateroskleroz və tromb riski artır.

Malay vətəndaşlara qan təzyiqlərini mütəmadi ölçməyi, sağlam həyat tərzi sürməyi və həkim tövsiyələrinə əməl etməyi tövsiyə edib.