SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Naxçıvanda şəhid ailələri üçün TİBBİ AKSİYA

Naxçıvanda şəhid ailələri üçün TİBBİ AKSİYA

  • 18 oktyabr 2025, 22:29

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində muxtar respublikanın Səhiyyə Nazirliyinin təşkilatçılığı və Naxçıvan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Günü və Vətən Müharibəsində qələbənin 5-ci ildönümü münasibətilə şəhid ailələri üçün tibbi aksiya təşkil olunub.

Yurd.Media xəbər verir ki, aksiyanın məqsədi şəhid ailələrinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və sosial qayğının davamlı təmin etdirilməsidir.

Tədbir çərçivəsində şəhid ailələrinin üzvləri terapevt, kardioloq, oftalmoloq, nevropatoloq, endokrinoloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub, laborator və diaqnostik xidmətlərdən keçiblər. Aksiya iştirakçılarına fərdi sağlamlıqla bağlı məsləhətlər verilib, profilaktik tədbirlər barədə məlumatlar təqdim olunub.

Şəhid ailələri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, bu cür aksiyalar dövlətin şəhid ailələrinə göstərdiyi daimi qayğının və yüksək ehtiramın bariz nümunəsidir.

Prime Leasing