"Elmed" Tibb Mərkəzinin pasientinin üz nahiyəsindəki sinir toxumaları ciddi şəkildə zədələnib və bu, uzunmüddətli fəsadlara səbəb olub.
Yurd.Media xəbər verir ki, Bakı sakini Ruslana Zaxarova stomatoloqa müraciət etdikdən sonra diş kanalının müalicəsi zamanı zərər gördüyünü iddia edib.
Zərərçəkən "Xəzər TV"yə bildirib ki, kəskin diş ağrısı ilə müraciət etdiyi klinikada stomatoloq tərəfindən aparılan müalicə zamanı formaldehid tərkibli dərman maddəsi düzgün tətbiq olunmayıb və kanaldan kənara sızaraq sinir toxumasına ziyan vurub.
Onun sözlərinə görə, müalicədən sonra üzündə və dodağında hissiyyatsızlıq yaranıb. Həkim ona yalnız yodla aplikasiyalar, buzlu su ilə qarqara etməyi tövsiyə edib və əlavə müayinələrə ehtiyac olmadığını bildirib. Pasiyent iddia edib ki, ilkin müdaxilədən sonra yalnız 30% sağalma müşahidə olunub.
Onun sözlərinə görə, daha sonra digər klinikada təcili əməliyyat olunub və zərərli maddə orqanizmdən çıxarılıb.