Azərbaycanda ötən il 58 909 ölüm halı qeydə alınıb ki, onun da 56,5 faizi qan dövranı sisteminin xəstəlikləri səbəbindən olub.
Dövlət Statistika Komitəsindən Yurd.Media-ya bildirilib ki, bu səbəbdən 33 289 nəfər ölüb, onların da 16 170 nəfəri qadın və 17 119 nəfəri isə kişidir.
Ölümün əsas səbəbləri arasında siyahıda yenitörəmələr (9681 nəfər), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri (2714 nəfər), həzm sisteminin xəstəlikləri (1964), tənəffüs sistemi xəstəlikləri (1450 nəfər) yer alıb.
Ən az ölüm isə bəzi infeksion və parazitar xəstəliklər səbəbindən olub. Bu səbəbdən ölənlərin sayı 179 nəfər qadın və 375 nəfər kişidir.
Digər xəstəliklər səbəbindən ölənlərin sayı isə 9307 nəfər olub.
Qeyd edək ki, ötən il öən 58 909 nəfərdən 26 473 nəfəri qadın, 32 436 nəfəri isə kişi olub. 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm halı azalaraq 5,9-dan 5,8-ə düşüb.