SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Narkotiklərin mədə-bağırsaq sisteminə təsiri ARAŞDIRILIB

Narkotiklərin mədə-bağırsaq sisteminə təsiri ARAŞDIRILIB

Son illərdə opioid tərkibli dərmanların istifadəsi dünya üzrə artmaqda davam edir. Yeni aparılan bir tədqiqat bu maddələrin mədə-bağırsaq sisteminə təsirinin düşündüyümüzdən daha ciddi ola biləcəyini göstərir.

Yurd.Media xəbər verir ki, araşdırma zamanı 4 mindən çox insan arasında sorğu keçirilib. Onların tibbi sənədləri incələnərək uzunmüddətli narkotik (opioid) istifadəçiləri müəyyən edilib. Nəticədə məlum olub ki, belə şəxslərin bir hissəsində “narkotik bağırsaq sindromu” deyilən vəziyyət formalaşır. Bu sindrom xroniki qarın ağrısı və bağırsaq fəaliyyətində dəyişikliklərlə xarakterizə olunur.

Respondentlərin 4 faizindən bir qədər çoxu mütəmadi olaraq opioid tərkibli dərmanlardan istifadə edib. Bu qrupdan olan şəxslərdə qarın ağrısı və nəcis ifrazının tezliyi kimi problemlər daha çox müşahidə olunub. Onlar digər insanlara nisbətən daha çox işlədici (laksativ) dərmanlardan da istifadə ediblər.

Narkotik bağırsaq sindromu geniş yayılmasa da, real vəziyyətin rəsmi rəqəmlərdən daha ciddi ola biləcəyi istisna edilmir. Uzunmüddətli ağrıkəsici məqsədli narkotik istifadəsi mədə-bağırsaq sistemində pozğunluqların yaranmasına gətirib çıxarır.

Ağrını aradan qaldırmaq üçün istifadə edilən bu dərmanlar eyni zamanda orqanizmdə başqa ağrılara səbəb ola bilər.

Araşdırmaçı ekspert Məhbubə MehdiyevaAraşdırmaçı ekspert Məhbubə Mehdiyeva

 

Prime Leasing