Hər gün enerjili və gümrah hiss etmək üçün eyni saatda yatmaq və oyanmaq vacibdir. Bundan əlavə, gün ərzində minimum 7-9 saat yatmaq lazımdır.
Yurd.Media xəbər verir ki, bu barədə nevroloq mütəxəssislər xəbərdarlıq edir.
Belə ki, həftə içi yuxu çatışmazlığını həftə sonları kompensasiya etməyə çalışsanız belə, orqanizminiz bundan rahatlanmayacaq. Yuxu defisiti hələ də toplanacaq və bu vəziyyət koqnitiv funksiyaların pisləşməsi, diqqətin azalması, qıcıqlanma və hormonal sistemin tənzimlənməsinin pozulması ilə özünü göstərir.
Həkimlər qeyd edir ki, yuxu mürəkkəb bioloji prosesdir və orqanizmin daxili saatları kimi fəaliyyət göstərən ritimlər ilə sinxronlaşdırılıb:
"Yuxu zamanı orqanizmin müxtəlif sistemlərində - neyron, hormonal, metabolik - incə yenidənqurma baş verir. Yuxu ritmləri pozulduqda, beyin və bədən xroniki stress rejiminə keçir, kortizol, melatonin, leptin və qrelin kimi hormonların ifrazı pozulur, metabolizmin tənzimlənməsi pisləşir və immun sistemin effektivliyi azalır".
Həkimlər xüsusilə vurğulayıb ki, qadınların tam bərpa olunması üçün kişilərdən daha çox yatmaları lazımdır. Güclü cinsin nümayəndələri üçün 7-8 saat kifayət olsa da, zərif cins gün ərzində ən azı doqquz saat istirahət etməlidir. Qadınlarda yuxu çatışmazlığı endokrin xəstəliklər də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb olur ki, bunların nəticəsi piylənmə ola bilər. Məsələn, qadın həftə ərzində az yatırsa, insülinə rezistentlik əlamətləri - ikinci tip diabetin inkişaf riskini artıran vəziyyət yarana bilər.