SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakıda qanunsuz bədən şəkilləndirmə edən klinika - VİDEO

Bakıda qanunsuz bədən şəkilləndirmə edən klinika - VİDEO

  • 16 oktyabr 2025, 15:41

Bakıda daha bir qanunsuz bədən şəkilləndirmə əməliyyatı edən klinika aşkar olunub.

Yurd.Media xəbər verir ki, Cəmalə Rüstəmova adlı pasient "TikTok"da gördüyü reklama aldanaraq münasib qiymətə - 400 manata əməliyyat üçün Xəyalə İsmayılovanın klinikasına müraciət edib. Bir müddət sonra isə bədənində ciddi fəsadlar yaranır və çürümələr müşahidə olunub.

Zərərcəkən Bakı şəhər prokurorluğuna və Səhiyyə Nazirliyinə müraciət edib. Nəticədə Xəyalə İsmayılovanın rəhbərlik etdiyi klinika bağlanıb. Lakin buna baxmayaraq, Xəyalə İsmayılova qeyri-qanuni fəaliyyətini davam etdirərək "TikTok" vasitəsilə pasiyent toplayır və Bakıxanov qəsəbəsində yerləşən "Nova Med" Tibb Mərkəzində əməliyyatlar həyata keçirir.

ARB TV-nin əməkdaşları məsələni araşdırmaq üçün ona pasiyent kimi yaxınlaşıb, gizli çəkiliş aparıblar. Əldə olunan görüntülər saxta tibbi fəaliyyətin davam etdiyini təsdiqləyib.

Prime Leasing