SÜJET
Əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin keyfiyyətinin artırılması məqsədilə 52 ədəd tam təchizatlı ambulans alınıb və yaxın gələcəkdə təhvil verilməsi nəzərdə tutulub.
Yurd.Media xəbər verir ki, bu sözləri Trend-ə müsahibəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Samiq Sadıxov deyib.
O bildirib ki, bundan əlavə, əvvəllər 8 geolokasiyada fəaliyyət göstərən Təcili Tibbi Yardım Xidmətinin geolokasiyalarının sayı 14-ə çatdırılıb.
"Qeyd edək ki, regionlarda ilkin səhiyyə xidmətlərinin əlçatanlığının artırılması məqsədilə kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin bazasında 32 Ailə Sağlamlıq Mərkəzi yaradılıb və müasir tibbi avadanlıqlarla təmin edilməsi məqsədilə bir sıra satınalmalar həyata keçirilib. Yaradılan 32 Ailə Sağlamlıq Mərkəzlərinin hər birində yeni geolokasiyaların yaradılması nəzərdə tutulub", - deyə nazir qeyd edib.