SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Mütəxəssislər xəbərdarlıq edir: enerji içkiləri qəfil infarkt riskini artırır

Mütəxəssislər xəbərdarlıq edir: enerji içkiləri qəfil infarkt riskini artırır

  • 26 iyun 2026, 21:22

Saatlarla zehni fəaliyyətlə məşğul olan tələbələr, intensiv idmanla məşğul olan gənclər və xüsusən imtahan mövsümündə masa arxasında uzun müddət vaxt keçirən böyüklər tərəfindən geniş şəkildə istehlak edilən enerji içkiləri ürək sağlamlığı baxımından ciddi təhlükə mənbəyinə çevrilə bilər.

Yurd.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, sahə mütəxəssislərinin qənaətinə görə enerji içkiləri qəfil infarkt və ölüm riskini artıra bilər.

Belə ki, enerji içkiləri ürək döyüntülərinin sürətlənməsinə gətirib çıxarır və tərkibindəki yüksək kofein, eləcə də digər stimullaşdırıcı maddələr (taurin, guarana, jenşen və s.) yüksək qan təzyiqinə yol aça bilər.

Bir qutu enerji içkisi qan təzyiqini 10 mmHg, ürək döyüntü tezliyini isə +20 qədər artırmaq qabiliyyətinə malikdir. Bu hal ürək ritminin pozulmasına və ani qan təzyiqi sıçrayışına səbəb ola bilər.

Bundan əlavə, bu içkilər ürək damarlarında spazm və qəfil infarkt törədə bilər. Bu risk artıq bədən çəkisi, yaşlılıq, yüksək qan təzyiqi və diabet kimi ürək-damar xəstəlikləri üçün risk faktorlarına sahib olan insanlarda daha da yüksəkdir.

Enerji içkilərinin alkoqol və ya digər stimullaşdırıcı maddələrlə birlikdə qəbul edilməsi isə ürək sağlamlığına dəyən zərəri daha da artıran yanlış addımdır.

Bu səbəbdən yorğunluqla mübarizənin daha sağlam üsullarına üstünlük verilməli, kifayət qədər su içilməli, təbii və təzə meyvələr, həmçinin quru meyvələr qəbul edilməlidir.

Əlavə olaraq, yaşıl çay istehlakı faydalı alternativ ola bilər, eyni zamanda həddindən artıq şəkərli qidalardan uzaq durmaq da vacibdir.

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları