Uşaqlar üçün ağız sağlamlığı fiziki, zehni və sosial inkişafı üçün əhəmiyyətli rol oynayır.
Yurd.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaq stomatoloqu Barış Karabulutun sözlərinə görə, diş sağlamlığına diqqət yetirilməməsi bir çox problemə səbəb ola bilər:
"Diş sağlamlığına lazımi diqqət ayrılmadıqda öyrənmə çətinlikləri, özünəinamın itirilməsi, qidalanma çatışmazlığı və böyümənin geriləməsi kimi bir çox problem yarana bilər".
Mütəxəssislərin fikrinə görə, sağlam ağız quruluşu həm uşaqların böyüməsi və inkişafı, həm də yetkinlik dövründə keyfiyyətli bir həyatın təməl daşıdır.
Barış Karabulut ağız sağlamlığının ömürlük bir məsuliyyət olduğunu vurğulayıb:
"Ağız sağlamlığı dedikdə, ağla gələn tək şey dişlər olmamalıdır. Diş ətlərindən damağa, çənə quruluşundan tüpürcək vəzilərinə qədər bütün ağız toxumaları ümumi sağlamlığımızın ayrılmaz hissəsidir. Ağız və diş sağlamlığımızı qorumaq gündəlik həyatımızın ən əsas funksiyaları üçün məsələn, çeynəmək, danışmaq, dadmaq və gülümsəmək üçün vacibdir".