SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Mütəxəssisdən vacib XƏBƏRDARLIQ: “Səssiz qatil”ə diqqət edin

Mütəxəssisdən vacib XƏBƏRDARLIQ: “Səssiz qatil”ə diqqət edin

Ürək-damar xəstəliklərinin ən mühüm səbəbi olan hipertoniya adətən simptomsuz irəlilədiyi üçün “səssiz qatil” adlanır.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, ürək-damar xəstəlikləri üzrə tanınmış mütəxəssis Dr. Rəhman Bilal Gediz bildirir ki, vaxtında diaqnoz qoyulmasa və müalicə olunmazsa bu, insult, infarkt, ürək çatışmazlığı, böyrək çatışmazlığı və görmə problemləri kimi ciddi nəticələrə səbəb ola bilər.

Dr. Rəhman Bilal Gediz 40 yaşdan yuxarı şəxslərin mütəmadi olaraq təzyiqlərinin ölçülməsi lazım olduğunu qeyd edir.

Hipertoniyanın  səbəblərinə də toxunan mütəxəssis  ən çox rast gəlinən səbəbin genetik meyl olduğuna diqqət çəkir:

"Ailədə hipertoniya keçmişi varsa, fərddə də yaranma riski artır. Bundan başqa, yanlış qidalanma, oturaq həyat tərzi, spirtli içki və tütün istifadəsi, həddindən artıq duz istehlakı və stress də hipertoniyaya səbəb olan amillərdir".

Həmçinin mütəxəssis yüksək qan təzyiqi diaqnozu qoyulan vətəndaşların vaxt itirmədən kardioloqa müraciət etmələri lazım olduğunu bildirib.

Doktor Gediz erkən diaqnoz və müalicənin ciddi sağlamlıq problemlərinin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb.