Lənkəranda təndir çorəyi bişirilən yerdə natəmizlik aşkarlandı.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, qurumun əməkdaşları daxil olan müraciət əsasında Lənkəran şəhərinin İ.Səmədzadə küçəsində sahibkar Etibar Müzəffər oğlu Əkbərova məxsus çörək istehsalı sexində yoxlama aparıblar.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
İstehsal obyektində sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı, həmçinin çörək məhsullarında etiketlənmənin aparılmadığı müəyyən edilib.
Sahibkar barəsində inzibati protokol tərtib olunub, çörək istehsalı sahəsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.