Laçın Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub

Laçın Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub

  • 25 aprel 2025, 12:47
Laçın

Oğuldərəli həkimə Laçın xəstəxanasında vəzifə verildi.

Yurd.Media xəbər verir ki, həkim Şiraslan Əmrahov xəstəxananın Təcili tibbi yardım şöbəsində təcili yardım həkimi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ş.Əmrahov Laçın rayonu Oğuldərə kənd sakinidir. 1995-ci il tarixdə Qax rayonu Tanqıt kəndində anadan olub. 2014-cü ildə tam orta məktəbi bitirib.

2014-2020-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin Müalicə işi ixtisası üzrə təhsil alıb. 2022-2025-ci illər ərzində Qax Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində(ASM) ailə həkimi-terapevt vəzifəsində çalışıb. İşlədiyi müddətdə peşəsi ilə əlaqəli olan müxtəlif kurslarda iştirak edib.