SÜJET
Amerikalı alimlərin hazırladığı yeni dərman insultdan sonra hərəkət qabiliyyətini bərpa etməyə kömək edə bilər.
Yurd.Media xarici mətbuata istinadən bildirir ki, DDL-920 adlı yeni dərmanın bədənin hərəkət etmə qabiliyyətini yenidən bərpa etməyə kömək edə biləcəyi deyilir.
Lakin həkimlər bu dərmanın ümidverici olduğunu desə də, onun tezliklə apteklərdə satılmayacağını bildirir. "Bu dərman hələ sınaqlardan keçməyib və apteklərdə satışa çıxması üçün vaxt lazımdır".
Onlar qeyd edir ki, tibb belə yeniliklərə ehtiyatla yanaşır:
“Bu dərman hələ klinik sınaqlara belə daxil olmayıb. Buna görə də yaxın zamanlarda istifadəyə veriləcəyini demək tezdir”.
Mütəxəssislər dərmanın gələcəkdə çox faydalı ola biləcəyini də əlavə edib.