2025-ci ildə İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 2 006 milyon manat, xərcləri isə 2 418 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Beləliklə, ötən il Fondun gəlirləri xərclərindən 412 milyon manat az olub.
İcbari Tibbi Sığorta Fondunun büdcəsi icmal büdcənin tərkibinə daxildir.
Ötən il icmal büdcənin gəlirləri 47 955,1 milyon manat, xərcləri isə 44 651,9 milyon manat olub, büdcədə 3 303,2 milyon manat qalıq yaranıb.