Azərbaycana bir neçə peyvəndi eyni anda əvəz edən yeni vaksinlər gətirilib.
Yurd.Media xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloji şöbəsinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva bildirib ki, son illər ölkəyə bir inyeksiya ilə bir neçə xəstəliyin qarşısının alınmasına dair vaksinlər gətirilib.
O bildirib ki, buna misal olaraq 6 komponentli Heksavaksin vaksinini, 3 komponentli Qızılca, Epidemik parotit və Məxmərək əleyhinə vaksinini və s. qeyd etmək olar.
"Bundan əlavə çox dozalı vaksinlərin yerinə tədricən tək dozalı vaksinlərin ölkəyə gətirilməsi də təmin edilib.
Peyvənd statusunuzu yoxlamaq və lazım olan dozaları almaq üçün yaşadığınız ərazi üzrə tibb müəssisəsinə sahə və ya ailə həkiminizə müraciət edə bilərsiniz". - o vurğulayıb.