Gəncədə psixiatriya xəstəxanasının tabeliyinə daha bir qurum verilib.
Yurd.media xəbər verir ki, səhiyyə naziri Teymur Mustafayevin əmri ilə Gəncə şəhər Psixo-Nevroloji Dispanser Gəncə şəhər Psixiatriya Xəstəxanasının tabeliyinə verilib.
Artıq Dispanser adı çəkilən xəstəxananın şöbəsi kimi fəaliyyət göstərir.
Xatırladaq ki, bir müddət öncə Zeynal Məmmədov Dispanserin baş həkimi vəzifəsinə təyin olub.