Hansı dərmanların icbari tibbi sığorta tərəfindən qarşılanacağı AÇIQLANDI

Hansı dərmanların icbari tibbi sığorta tərəfindən qarşılanacağı AÇIQLANDI

İcbari tibbi sığorta mərhələli qaydada xəstə şəxslər üçün dərmanları təmin edəcək.

Yurd.Media "AZTV Xəbər"-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, resept əsasında təyin olunan dərmanlar icbari tibbi sığorta tərəfindən verilməsi mərhələli qaydada həyata keçiriləcək:

"Resept əsasında təyin olunan ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təminatı istiqamətində işlər aparılır. Bununla bağlı mərhələli yanaşma tətbiq ediləcək. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri, növbəti mərhələdə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin resept əsasında sığorta tərəfindən qarşılanması nəzərdə tutulur".

Onun sözlərinə görə, dərman vasitələrini müəyyənləşdirən siyahı hazırlanır. Bu siyahıya daxil olan dərmanlar üzrə apteklərlə müqavilələrin bağlanılması istiqamətində işlər aparılacaq.

İcbari Tibbi Sığortanın tətbiqindən sonra əhalinin tibbi xidmətlərinə əlçatanlığı artıb.