Azərbaycanda halal qida üzrə fəaliyyət göstərən şirkətin milyonluq vergi borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Az Halal Qida” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 1 654 min manat vergi borcu yaranıb.
Qeyd edək ki, "Az Halal Qida” 2020-ci ildən fəaliyyət göstərir. Qanuni təmsilçisi Vüsal Abdullayev olan şirkətin nizamnamə kapitalı 50 manatdır.
Hüquqi ünvanı Az1102, Bakı Şəhəri Nəsimi Rayonu, Tbilisi Prospekti , Ev.3007 Məhəllə ünvanıdır.