SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Apteklərdə aparılan yoxlamaların nəticəsi açıqlanıb

Apteklərdə aparılan yoxlamaların nəticəsi açıqlanıb

  • 04 avqust 2026, 23:05

Paytaxt və bölgə apteklərində aparılan yoxlamaların nəticəsi açıqlanıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) Yurd.Media-yə bildirilib ki, iyul ayında Azərbaycanda 78 aptekdə yoxlama aparılıb.

Bildirilib ki, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Yoxlamaların 51-i planlı, 26-sı plandankənar və 1-i yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları