Dünyada insanların öz orqanizmlərinə qarşı törətdiyi ən böyük ədalətsizlik aclıq hiss etmədən yemək yeməkdir.
Yurd.Media xəbər verir ki, bu fikirləri həkim diyetoloq Fuad Məcidov səsləndirib.
"Dünyanın ən mənasız hərəkətini hər gün 3 dəfə qida qəbul edənlər edir. Mən səhər yeməyimi yemişəm, günortadan sonra heç nə qəbul etmirəm, çünki aclıq hissi keçirmirəm, istəmirəm.
Bunu yaxşı yadınızda saxlayın, əgər ac deyilsinizsə, bədəniniz sizə siqnal göndərmirsə, süfrəyə oturmayın. Gündə 2 dəfə, hətta bir dəfə yemək kifayətdir. Həm sağlamlığınız yaxşılaşacaq, təravətli olacaqsınız, bütün orqanizminiz bayram edəcək. Onurğanızdan tutmuş saçınıza qədər hər şey sağlam vəziyyətdə olacaq. Əgər həkimlərin qapısını döymək istəmirsizsə, gündə 1 dəfə yeyin".