SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Gənclərin sevdiyi enerji içkiləri hansı xəstəliklərə yol açır?

Gənclərin sevdiyi enerji içkiləri hansı xəstəliklərə yol açır?

  • 18 iyun 2026, 15:11

Gənclərin həvəslə istehlak etdiyi enerji içkiləri insan sağlamlığı üçün əhəmiyyətli təhlükələr törədir. Nəzərə almaq vacibdir ki, qanunvericiliyə əsasən enerji içkilərinin 18 yaşına çatmamış şəxslərə satışı tövsiyə edilmir. Bunun əsas səbəbi həmin məhsulların inkişaf mərhələsində olan orqanizmə mənfi təsir göstərmə ehtimalının yüksək olmasıdır.

Yurd.Media xəbər verir ki, mütəxəssislərin fikrincə bu gün təhsil müəssisələrinin – məktəb və universitetlərin ətrafında enerji içkilərinin yetkinlik yaşına çatmamış şəxslərə satıldığını müşahidə etmək mümkündür:

"Nəticə etibarilə aydın olur ki, bu içkilərin satışı zamanı alıcının yaşı diqqətə alınmır. Məhsulların təhlükəsi tərkibindəki komponentlərlə əlaqədardır. Yüksək dozada kofein, şəkər və sair kimyəvi birləşmələrin mövcudluğu insan orqanizminə mənfi təsir göstərir. Bəzi hallarda bu maddələr vitamin adı ilə məhsulun etiketinə yazılır. Sintetik komponentlərdən təşkil olunduqlarına görə insan bədəni üçün zərərli sayılır".

Mütəxəssislər qeyd edir ki, bu içkilərin müntəzəm şəkildə qəbul edilməsi ürək-damar problemləri və şəkərli diabet riskini artırır.

"Tərkibindəki kofein yorğunluq hissini azaltsa da, həddindən artıq istifadə yuxusuzluğa, iştahsızlığa və narahatlıq hissinə səbəb olur. Jenşen bitkisi immunitetin möhkəmlənməsinə kömək etsə də, enerji içkisinin tərkibinə daxil edildikdə öz təbii xüsusiyyətlərini itirir".

20-25 yaş aralığındakı gənclərin bu cür içkilərdən imtina etmələri daha məqsədəuyğun olardı.

"Çünki bu məhsullar tükənmişlik enerjisini gücləndirir. Eyni zamanda reproduktiv sağlamlığa da ziyan vurur. Aparılmış elmi araşdırmalar göstərib ki, enerji içkiləri gündəlik istifadə üçün nəzərdə tutulmayıb. Bundan əlavə, bu içkilərin əksəriyyəti sadəcə 'enerji' qeydiyyatı altında bazara çıxarılır".

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları