SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Enerji içkilərindəki kofein həqiqətən təhlükəlidirmi? - ARAŞDIRMA

Enerji içkilərindəki kofein həqiqətən təhlükəlidirmi? - ARAŞDIRMA

  • 25 iyun 2026, 19:42

Enerji içkilərinin hazırlanması və realizasiyası içki sənayesinin nisbətən kiçik, lakin sürətlə böyüyən seqmentini təşkil edir. Ərzaq səbətində enerji içkilərinin tutduğu nisbi paya baxdıqda, onların tərkibi, faydaları və ya zərərləri haqqında çoxsaylı mülahizə və fikirlər mövcuddur.

Yurd.Media xəbər verir ki, istehsalçılar bildirirlər ki, bir banka enerji içkisi təkcə "ilham vermir", eyni zamanda enerji də təmin edir. Bu zaman hər kəsin ağlına çox mühüm bir sual gəlir: görəsən bu içkilər asılılığa səbəb olurmu?

Qeyd edilməlidir ki, enerji içkilərinin tərkibi gizli deyil. İstehsalçılar içkinin komponentlərini etiketdə göstərməyə borcludurlar. Bütün enerji içkilərinin formulasında mütləq qaydada aşağıdakı elementlər yer alır: kofein – hər 100 ml içkidə təqribən 30 mq, həmçinin şəkər, vitaminlər, taurin və D-qlükuronolakton kimi digər maddələr.

Bütün bu komponentlər kifayət qədər adi hesab olunur və başqa qida məhsullarının, eləcə də içkilərin tərkibində də rast gəlinir. Əqli və fiziki fəallığı stimullaşdırmaq qabiliyyətinə malik olan yeganə komponent kofeindir. Asılılıq yaranması ilə bağlı narahatlıq və miflər məhz bu maddə ilə əlaqələndirilir.

Aparılmış araşdırmalara görə, enerji içkilərinin narkologiya sahəsi ilə heç bir bağlılığının olmadığını isbat etmişdir, çünki dünyanın heç bir dövlətində kofein qadağan edilmiş maddələr siyahısına daxil deyil.

Asılılıq problemi olan şəxslər üzərində uzunmüddətli müşahidələrə əsaslanan tibbi statistikada da kofeinə aid heç bir göstərici mövcud deyil. Narkotik və alkoqol problemlərinin hökm sürdüyü onilliklər boyu həkimlər bir neçə əsas amili müəyyən etmişlər: sosial ətraf, tərbiyə çatışmazlıqları, patoloji irsi meyllər – lakin kofein və ya digər qidalanma faktorları barədə heç bir məlumat yoxdur.

Elmi yanaşmalar uzun müddətdir ki, enerji içkilərinin zərərləri və təhlükələri ilə bağlı ən fərqli və qeyri-standart fərziyyələri təkzib etməyə çalışır. Bu iddiaların çoxu əksər hallarda məntiq üzərində qurulmur. Amma ən diqqətçəkən məqam odur ki, qəhvə oxşar ajiotaja səbəb olmur.

Məlumdur ki, enerji içkiləri qəhvənin başlıca rəqibi sayılır. Eyni zamanda, bir banka enerji içkisi qəhvə ilə demək olar ki, eyni qiymət diapazonuna düşür, üstəlik istifadəsi daha əlverişlidir. Ola bilsin ki, məhz bu səbəbdən enerji içkilərinə qarşı belə mübarizə aparılır.

Kofein çoxsaylı bitkilərin tərkibində mövcuddur: çay, kakao, kola və sair. Çay, qəhvə və ya koladan asılılıq yaranması ehtimalı varmı? Energetiklər də daxil olmaqla, bu içkilərin hamısı tərkibində kofein daşıyır. Ancaq onların heç biri aludəçilik formalaşdırmır. Yalnız kofeinin dozası kəskin şəkildə artırıldıqda (gün ərzində 1000 mq), xoşagəlməz nəticələr yarana bilər.

Kofeinli qida məhsulları vasitəsilə bu dozaya çatmaq faktiki olaraq mümkün deyil. Bunun üçün bir neçə litr çay, qəhvə və ya enerji içkisi qəbul etmək tələb olunur. Bir banka enerji içkisində cəmi 75 mq kofein var ki, bu da bir fincan qəhvədəki kofeindən azdır – belə ki, qara qəhvədə 91 mq, çayda 58 mq, kolada 47 mq, şokoladda isə 26 mq kofein mövcuddur. Qeyd edək ki, böyüklər üçün təhlükəsiz gündəlik kofein norması 400 mq, hamilə qadınlar üçün isə 200 mq təşkil edir.

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları