SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Enerji içkiləri hansı halda öldürə bilər? - ARAŞDIRMA

Enerji içkiləri hansı halda öldürə bilər? - ARAŞDIRMA

  • 09 oktyabr 2025, 22:32

Enerji içkiləri istehsalçılar tez-tez iddia edirlər ki, onların məhsulları vitaminlərlə zənginləşdirilmiş və tərkibində taurin var ki, bu da prinsip etibarilə ağlabatan dozalarda orqanizmə müsbət təsir göstərir.

Yurd.Media bu iddia ilə bağlı həkim terapevt-dietoloq, tibb elmləri namizədi Tatyana Solntsevanın Rusiya KİV-nə şərhini təqdim edir.

"Bu iddiaları təsdiqləmək üçün geniş miqyaslı tədqiqatlar aparmaq lazımdır. Təəssüf ki, belə tədqiqatlar aparılmayıb və şübhə edirəm ki, onlar yaxın gələcəkdə ortaya çıxacaq. Enerji içkilərində fayda axtarmaq lazım deyil. Başa düşmək vacibdir ki, əgər sizə vitaminlər və ya taurin lazımdırsa, siz onları sağlamlıq üçün risk yaratmayan digər mənbələrdən əldə edə bilərsiniz", - deyə həkim qeyd edib.

O qeyd edib ki, içkilərin özləri və onların tərkibindəki komponentlər orqanizmə zərərli və ya toksik təsir göstərmir.

"Lakin nəzərə almaq lazımdır ki, bəzi enerji içkilərində kofein dozaları tövsiyə edilən gündəlik normanı aşır. Əsasən isə enerji içkiləri yarımgünlük və ya tam gündəlik kofein dozasını ehtiva edir. Bundan əlavə, onlarda bir-birinin təsirini gücləndirən digər enerji maddələri də var. Belə halda içkinin faydası haqqında danışmaq o qədər də düzgün deyil", - deyə Solntseva bildirib.

Solntseva qeyd edib ki, enerji içkilərinin qəbulu ilə bağlı ölümcül hallara gəldikdə, onlar xüsusilə idmançılar arasında çoxdur:

"Məsələn, son elmi məqalələrdən birində basketbol oyunu zamanı gənc oğlanın yıxılması və ürək ritminin kəskin pozulmasından (mədəciklərin fibrilyasiyası) ölməsi ilə bağlı klinik hadisə təsvir edilmişdi. Həmçinin təkcə aritmiya halları deyil, həm də ürək-damar sisteminə aid işemik hadisələr qeydə alınmışdır. Müəyyən edilib ki,
əvvəlki gün gənc oğlan çoxlu enerji içkisi içib. Oyundan əvvəl o, dörd qutu içki içmişdi. Ümumilikdə, il ərzində doqquz belə hadisə qeydə alınıb, onlardan üçü ölümlə nəticələnib ki, bu da narahatlıq doğurur", - deyə Solntseva bildirib.

Prime Leasing