SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Araşdırma: Gənc yaşlarda xərçəngə tutulma nisbəti 79% yüksəlib

Araşdırma: Gənc yaşlarda xərçəngə tutulma nisbəti 79% yüksəlib

  • 18 iyun 2026, 08:43

Alimlər dünyada 50 yaşından kiçik insanlar arasında xərçəng xəstəliyinə yoluxma hallarının artması ilə bağlı ciddi narahatlıq ifadə edir.

Yurd.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyata keçirilən tədqiqat nəticəsində erkən yaş dövrlərində xərçəngə yoluxma göstəricisinin 1990-2019-cu illər ərzində 79% yüksəldiyi aşkar edilib.

Mütəxəssislərin proqnozlarına əsasən, 2030-cu ilədək gənc yaşlarda xərçəng xəstəliyinə tutulma hallarında 31%-lik artım gözlənilir.

Uzun illər ərzində aparılmış araşdırmalara baxmayaraq, tədqiqatçılar bu yüksəlişin əsas səbəblərini hələ də dəqiq müəyyənləşdirə bilməyiblər.

Statistik göstəricilər onu təsdiq edir ki, xərçəng nisbətləri bütün yaş kateqoriyalarında artsa da, gənc insanlar arasında bu xəstəliyə yoluxma halları daha yüksək sürətlə çoxalır.

Birminqem Universitetinin onkoloqu Dr. Şivan Sivakumar mövcud vəziyyəti "epidemiya" olaraq xarakterizə edib.

Qeyd olunmalıdır ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada 50 yaşdan aşağı xərçəng xəstələrinin ən yüksək göstəriciyə malik olduğu ölkə Avstraliya (135%) və Yeni Zelandiyadır (119%).

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları