SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Mütəxəssislər panik atakdan qurtulmağın əsas yolunu açıqladı

Mütəxəssislər panik atakdan qurtulmağın əsas yolunu açıqladı

  • 17 iyun 2026, 08:18

Panik atak insanların gündəlik həyatına ciddi şəkildə təsir göstərən, bəzi hallarda isə yaşamı dözülməz hala çevirən bir pozuntudur. Bu xəstəliyin əlamətləri olduqca müxtəlifdir və hər fərddə fərqli formalarda təzahür edir.

Yurd.Media xarici KİV-ə istinadən məlumat verir ki, üzdə qızartı, titrəmə və üşümə hissi, qorxu, başgicəllənmə, heç bir səbəb olmadan ürək döyüntüsünün sürətlənməsi, tez-tez tualetə getmə ehtiyacı, nəfəs darlığı, əl və ayaqlarda keyləşmə hissi, qarında ağrı və ürəkbulanma – bütün bunlar panik atakın xarakterik əlamətləri sırasına daxildir.

Mütəxəssislərin bildirdiyinə görə, bu vəziyyətdən xilas olmağın ilk addımı bədəndə panik atakın mövcudluğunu etiraf etmək və peşəkar psixoloqa müraciət etməkdir. Psixoloq panik atakın hansı tipə aid olduğunu təyin edir və buna müvafiq olaraq müvafiq terapevtik yanaşmalar və müalicə metodları tətbiq edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları