SÜJET
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinə 1,2 milyon manata tibbi cihaz və cərrahi alətlər alınacaq.
Yurd.Media xəbər verir ki, mərkəz bu barədə açıq tender elan edib. Tenderin ehtimal olunan qiyməti 1 milyon 278 min manatdır.
Qeyd edək ki, əchizatçılar təkliflərini təqdim etmək üçün 600 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyulun 28-nə təyin olunub.