SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
33 il sonra Kəlbəcərdə ilk körpə doğuldu

33 il sonra Kəlbəcərdə ilk körpə doğuldu

  • 24 iyun 2025, 21:16
Kəlbəcər

Kəlbəcər sakini evdə doğuş edib.

Yurd.Media xəbər verir ki, bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu gün saat 10:30 radələrində Mərkəzə Kəlbəcər rayonu, Bəylik kəndi ərazisindən doğuş prosesinin baş verməsi səbəbilə çağırış daxil olub.Təcili tibbi yardım həkimi Gülşən Bayramova tərəfindən 34 həftəlik hamilə olan 23 yaşlı şəxsin vaxtından əvvəl doğuş prosesi çağırış ünvanında icra olunub.

Doğuş zamanı dölün boynuna göbək ciyəsinin dolandığı müşahidə olunub və müvafiq müdaxilə ilə boyun göbək ciyəsindən təhlükəsiz şəkildə azad edilib.

Daha sonra isə briqada tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində nəzarətə götürülüb.Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (qız) müvafiq tibb müəssisəsinə təxliyə olunub. Ananın müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabildir. Cinsi qız, çəkisi 2 kq, boyu 44 sm olan körpənin də vəziyyəti qənaətbəxşdir.

Prime Leasing