SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Duz qəbul etməni azaltmağın ən effektiv yolları açıqlandı

Duz qəbul etməni azaltmağın ən effektiv yolları açıqlandı

  • 30 avqust 2026, 23:46

Duz insan orqanizmi üçün vacib element hesab olunsa da, onun həddindən artıq qəbulu ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.

Yurd.Media-nın məlumatna görə, mütəxəssislər duzun normanı aşan həcmdə istehlakının törətdiyi xəstəliklərə diqqət çəkərək əhalini xəbərdar edirlər.

Həddən artıq miqdarda duz qəbulu bir sıra xəstəliklərin başlıca səbəblərindən biri kimi qəbul edilir. Yüksək qan təzyiqi, böyrək problemləri, ürək-damar sistemi xəstəlikləri və insult kimi ağır sağlamlıq pozuntuları artıq duz istehlakı ilə birbaşa əlaqələndirilir.

Mütəxəssislər qeyd edib ki, bir çox insan yeməklərinə əlavə etdiyi duza diqqət yetirsə də, fərqinə varmadan gizli duz mənbələri vasitəsilə çoxlu miqdarda duz qəbul edir. Turşu məhsulları, qəlyanaltılar, həmçinin duzlu ayran və şalğam suyu kimi içkilərin tərkibində yüksək həcmdə duz mövcuddur. Bu ərzaqlar insanların xəbəri olmadan gündəlik duz normasını artırır. Buna görə də emal olunmuş, duzlu qida məhsullarından mümkün qədər uzaq durmaq tövsiyə olunur.

Duz qəbulunu azaltmağın ən səmərəli üsullarından biri yemək hazırlayarkən və süfrədə duzdan imtina etməkdir. İnsanların əksəriyyəti yeməyin dadını yoxlamadan ona duz əlavə edir. Halbuki qida məhsullarındakı təbii natrium miqdarı orqanizmin tələbatını qarşılamaq üçün yetərlidir. Əlavə olunan duz tamamilə artıq olub sağlamlıq üçün zərər verir. Bu məsələ xüsusilə hipertoniya, ürək çatışmazlığı və böyrək xəstəliklərindən əziyyət çəkən şəxslər üçün böyük əhəmiyyət daşıyır. Ən praktik çıxış yolu yemək bişirmə zamanı duz istifadəsindən qaçmaq və süfrədə duz qoymamaqdan ibarətdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları