Səhiyyə Nazirliyi tərəfindən “Vita Aptekləri” Məhdud Məsuliyyətli Cəmiyyətdə yoxlama aparılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, yoxlama zamanı MMC-yə məxsus Sabunçu rayonunda yerləşən aptekdə həkim resepti əsasında buraxılması tələb olunan dərman vasitəsinin reseptsiz satışı aşkar olunub.
MMC-nin İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə “Vita Aptekləri” 150 manat cərimə olunub.
Mətbuatın yazdığına görə, “Vita Aptekləri” MMC-nin qanuni təmsilçi Sadıqov Elçin Ağasadıq oğludur. Elçin Sadıqov həm də "Dokta” MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. MMC-nin sahibi deputat Cavanşir Feyziyev olduğu deyilir. "Dokta” MMC onun əczaçılıq sahəsində təsis etdiyi ilk şirkətdir.
Cavanşir Feyziyev həm də "Avromed”in sahibidir.
