SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bu qidaları yesəniz ömrünüz uzanacaq

Bu qidaları yesəniz ömrünüz uzanacaq

Sağlam və uzun ömür üçün qidalanma çox vacibdir.

Yurd.Media xarici  mətbuata istinadən xəbər verir ki, Avstraliyada aparılan bir araşdırma flavonoid molekulları ilə zəngin olan müxtəlif qidalardan istifadə edən insanların uzunömürlülük potensialının daha yüksək olduğunu müəyyən edib.

Bu qidalara çay, giləmeyvə, tünd şokolad və alma daxildir. Həmçinin araşdırma onu göstərir ki, çay, giləmeyvə, tünd şokolad və alma kimi flavonoidlərlə zəngin qidaların istifadəsi  xərçəng, 2-ci tip diabet və Parkinson kimi nevroloji xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.

Tədqiqat nəticəsində məlum olub ki, flavonoid molekulları ilə zəngin olan müxtəlif qidalardan istifadə edən insanların ciddi sağlamlıq problemləri riski daha az və uzunömürlülük potensialı daha yüksək ola bilər.

Doktor Benjamin Parmenter flavonoid qəbulu haqqında bildirib."Gündəlik təxminən 500 mq flavonoid qəbulu hər hansı səbəblərdən ölüm riskini 16 faiz, ürək-damar xəstəlikləri, 2-ci tip diabet və tənəffüs xəstəlikləri riskini isə 10 faiz azaldır". 

Qeyd edək ki,  “Nature Food” jurnalında dərc olunan araşdırmada 10 il ərzində 40-70 yaş arası 120 mindən çox iştirakçının məlumatları araşdırılıb.

Prime Leasing