SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bu özəl xəstəxanalarda doğuş PULSUZDUR – RƏSMİ

Bu özəl xəstəxanalarda doğuş PULSUZDUR – RƏSMİ

  • 09 may 2025, 10:29
Bakı
Qeysəriyyə əməliyyatının məqsədi riskli doğuşlarda yarana biləcək problemləri həll edib, ana və körpənin həyatını xilas etməkdir. Lakin son zamanlar Azərbaycanda qeysəriyyə əməliyyatının sayı artıb. Yəni risk olmasa belə qadınlar əməliyyatla doğuşu daha asan keçirəcəklərini düşünərək bu addımı atırlar.Təəssüf ki, ölkədə ötən il və ya bu ilin ilk dörd ayında nə qədər təbii doğuş, nə qədər qeysəriyyə əməliyyatı keçirildiyi ilə bağlı müvafiq qurumlar sorğumuza cavab verməyiblər. Amma 2022-2024-cü illər ərzində (ilk 6 ay) icbari tibbi sığorta ilə 97 278 təbii doğuş, 85 614 klasik qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Bu da klassik qeysəriyyə kəsiyi əməliyyatlarının artdığını bir daha sübut edir. Bu seçimdə qadınlar sərbəst olsalar da, həkimlər daha çox təbii doğuşu tövsiyə edirlər. Bildiyimiz kimi, ölkəmizdə dövlət tibb müəssisələrində doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı sığorta hesabına aparılır. Qadınlar isə qeysəriyyə əməliyyatının icrası üçün daha çox özəl tibb müəssisələrinə müraciət edirlər. Bunun isə sığorta hesabına aparılması üçün göndəriş lazımdır. Bəs hansı özəl xəstəxanalarda qeysəriyyə əməliyyatı göndəriş olmadan icbari tibbi sığorta hesabına aparılır? Yurd.Media xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq İcbari Tibbi üzrə Dövlət Agentliyindən bildirilib ki, iki özəl xəstəxanada qeysəriyyə əməliyyatı pulsuz həyata keçirilir: “Doğuş və klassik qeysəriyyə əməliyyatları TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında icra olunur. Vətəndaş göndəriş vərəqəsi olmadan sözügedən tibbi xidmətlərindən yararlanmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl klinikalardan Bakı Sağlamlıq Mərkəzi və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yaxınlaşa bilər”.