SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Bu ölkədə gizli virus yayılır, xəstə sayı sürətlə artır

Bu ölkədə gizli virus yayılır, xəstə sayı sürətlə artır

Qərbi Afrika ölkələrindən olan Qanada, M çiçəyi virusunun (mpox) yayılmağa davam etdiyi bildirilir.

 Yurd.Media sozcu.com-a istinadən xəbər verir ki, Qana Səhiyyə Xidmətindən (GHS) edilən açıqlamada, ölkədə 20 yeni M çiçəyi xəstəsinin aşkar edildiyi, beləliklə Maydan bu yana xəstə sayının 302-yə yüksəldiyi qeyd edilib.

Açıqlamada, görülən xəstələrin son yeniləmələrdə həftəlik ən yüksək artımı və əvvəllər heç bir ölüm halı qeydə alınmamış olan epidemiyada bir dönüş nöqtəsi olduğu bildirilib.  

28 iyulda bu  virusdan ilk ölüm halı baş verib. Virusun əsasən yoluxmuş şəxslərlə yaxın fiziki təmas yolu ilə yayıldığı bildirilən açıqlamada, əhalinin həssas olması və hər hansı bir simptomu erkən bildirməsi barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Qana hökuməti, 19 Mayda bu il ilk dəfə 4 nəfərdə M çiçəyi virusunun aşkar edildiyini, 28 İyulda isə virus səbəbli ilk ölümün baş verdiyini açıqlamışdı. Ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə yüksək risk qruplarına yönəlik peyvənd kampaniyası davam edir.   

Prime Leasing