SÜJET
Yay mövsümü ilə birlikdə temperaturun yüksəlməsi, açıq havada uzun müddət vaxt keçirmək və xarici faktorlara daha çox məruz qalmaq bəzi sağlamlıq problemlərinin də yaranmasına səbəb olur.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, Təcili Tibbi Yardım Mütəxəssisi Dr. Arif Mesut Kaya yay aylarında ciddi sağlamlıq problemlərinin yarana biləcəyi barədə bildirib:
"Gün vurma, Günəş yanığı, qida zəhərlənmələri, mədə-bağırsaq iltihabı və gənə dişləmələrinə qarşı diqqətli olmaq lazımdır".
Həmçinin yay aylarında yaranan problemlərin qarşısını almaq üçün bir sıra tövsiyələr edilib:
"Lazım gəldikdə təcili tibbi yardıma müraciət etmək, Günəş kremlərindən istifadə etmək, qidaları düzgün temperaturda saxlamaq, bol maye içmək, kənd yerlərində uzunqol paltar geyinmək və həşərat qovucu dərmanlardan istifadə etmək lazımdır".