SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Azərbaycanda altı ayda 300 nəfər orqanlarını BAĞIŞLAYIB - RƏSMİ

Azərbaycanda altı ayda 300 nəfər orqanlarını BAĞIŞLAYIB - RƏSMİ

  • 04 avqust 2025, 17:30

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi bu ilin ilk 6 ayı ərzində ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayan şəxslərin sayını açıqlayıb.

Yurd.Media Modern.az-a istinadən xəbər verir ki, mərkəzin verdiyi məlumata görə, son 6 ayda intensiv maarifləndirmə tədbirləri nəticəsində orqanlarını bağışlayanların sayı əhəmiyyətli dərəcədə artıb:

"Orqan transplantasiyası üçün 300 nəfər razılıq verib. Bununla da ölümündən sonra orqanlarını bağışlayanların sayı 400 nəfərə çatıb".

Xatırladaq ki, hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası) üçün növbədədir. Onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişasının transplantasiyası üçün növbə gözləyir.

Prime Leasing