SÜJET
Müasir həyat tərzi, sağlam qalmağımız üçün daim “edilməli olanlar” siyahıları təqdim edir. Bəs gündə 10 min addım atmaq, 8 stəkan su içmək, 8 saat yatmaq kimi populyar məsləhətlər elmi cəhətdən nə qədər həqiqidir?
İllərdir içimizdə bir addım sayğacı daşıyırıq sanki. Ağıllı saatlarımız, tətbiqlərimiz və şüuraltımıza yerləşmiş hədəfimiz; gündə 10 min addım. Bəs bu rəqəm nə qədər həqiqidir, yoxsa bir marketinq əfsanəsidir?
BBC Türkcə-də yayımlanan xəbərə görə, su istehlakı bəlkə də ən mübahisəli mövzulardan biridir. Gündə 2 litr su içməyimiz lazım olduğu həmişə deyilir. Lakin Edinburq Universitetindən Prof. Neil Turner-ə görə bu qədər zorlamağa ehtiyac yoxdur. "Susuzlaşanda iç" deyir Turner və əlavə edir: "Minlərlə il ölçü vahidi olmadan yaşadıq. Bədənin nə zaman suya ehtiyac duyduğunu bilir".
Əlbəttə böyrək xəstəliyi kimi xüsusi hallar istisnadır. Ancaq bu fikrə qarşı çıxanlar da var. Performans qidalanma mütəxəssisi Dr. Linia Patel, xüsusilə qadınlarda susuzluqla əlaqəli bir çox simptom müşahidə etdiyini söyləyir: Yorğunluq, qəbizlik, beyin dumanı, aşerme... Patel-ə görə su istehlakı, xüsusilə qadın sağlamlığı baxımından göz ardı edilməməli bir mövzudur. Gündə 1,5-2 litr arası su içmək tövsiyyə olunur.
İDMAN MÜDDƏTİ NƏ QƏDƏR OLMALIDIR?
MİLLİ Səhiyyə Xidməti NHS həftədə ən az 150 dəqiqə idman və 2 güc məşqi edilməsini tövsiyə edir. Real həyatda bu hədəf nə qədər tətbiq edilə bilər? İdman qidalanma mütəxəssisi Dr. Sinead Roberts bu mövzuda daha çevikdir:
"Həftədə bir güc məşqi belə yaxşı bir başlanğıcdır. Qaydalar müdrik insanlara rəhbərlik edir". Roberts, sağlamlıq vərdişlərini bir magistrala bənzədir: "Nə qədər çox şey etsək, yol o qədər genişlənir. Marşrutdan kiçik sapmalar qəbul edilə bilər”. Yəni hər həftə mükəmməl bir performans göstərə bilməsək belə, davamlı olmaq uzunmüddətli perspektivdə qazandırır.
GÜNDƏ 8 SAAT YUXU VACİBDİR?
YUXU pozuntuları mütəxəssisi Prof. Dr. Ama Johal, yuxunun təkcə dincəlməklə qalmayıb, ömür müddətini də uzatdığını müdafiə edir. 10 min ingilis üzərində aparılan bir araşdırmada, beş saatdan az yatanlarda erkən ölüm riskinin artdığı müşahidə edilib. Yuxu, diabetdən depressiyaya bir çox xroniki xəstəliyin riskini azaldır. Bəs yuxusuzluğun əvəzi varmı? Qısa mürgülərlə mümkündürmü? Qısa yuxuların bəzi hallarda fayda verə biləcəyini bildirən Johal, bunun sistematik bir vərdişə çevrilməməli olduğunu vurğulayır. Qısacası keyfiyyətli yuxu hələ də sağlamlıq reseptinin qızıl maddəsidir.