SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
İnfarktın 5 gizli xüsusiyyəti

İnfarktın 5 gizli xüsusiyyəti

Yay aylarında ürək tutması halları artır. Halbuki bədənimizdə baş verən beş mühüm simptoma diqqət edərək mümkün bir ürək tutmasının qarşısını ala bilərik.

Ürək və qan dövranı sistemi xəstəlikləri hər il təxminən 20 milyon insanın ölümünə səbəb olur. Keçən günlərdə İngiltərənin Daily Mirror qəzetinə danışan Northwestern Universiteti Tibb Fakültəsində çalışan Kardioloq Dr. Allison R. Zielinski, ürək xəstəliklərinin, xüsusilə də ürək tutmasının beş simptomla siqnal verdiyini bildirdi. Dr. Zielinski bütün simptomlar arasında döş ağrısının ən əhəmiyyətlisi olduğunu qeyd edib, sinə ağrısı yaşayan bir şəxsin bu vəziyyəti mütləq nəzərə alması lazım olduğunu bildirdi. Həkim həmçinin fiziki aktivlik zamanı artan sinə bölgəsində təzyiq və ya narahatlıq hiss edilməsinin ürəyin kifayət qədər qan almadığına dair mühüm bir göstərici ola biləcəyini bildirdi.
Dr. Zielinski; nəfəs darlığı, ürək döyüntüsü və ya qəfil baş gicəllənməsi kimi simptomların da ürək narahatlığına işarə edə biləcəyini vurğuladı. Bu simptomların biri və ya bir neçəsi ilə qarşılaşan şəxslərin mütləq vəziyyəti ciddi qəbul edib həkim görüşü almasının vacibliyini ifadə edən Dr. Zielinski, "Əsas olan simptomları əvvəlcədən düzgün şəkildə analiz edib, düzgün zamanda həkimə müraciət edib lazımi yoxlamaları etdirib tədbir görməkdir. Ürək damarlarında yaşanan tıxanmalar səbəbindən qarşılaşdığımız ürək tutması adlanan vəziyyət yaşanmadan əvvəl tədbir görülməlidir. Lazım görülən damarlar açılmalı, təmizlənməlidir. Ürək tutması keçirdikdən sonra xəstə və yaxın çevrəsi üçün vəziyyət daha çətin olur təəssüf ki",-deyə danışdı.

ÜRƏKBULANMA VƏ BAYILMA HİSSİNƏ DİQQƏT

ZIELINSKI İngiltərə Ürək Fondu (British Heart Foundation) tərəfindən yayımlanan son hesabatlara da istinad edərək xüsusilə qol, boyun, çənə, kürək və ya mədəyə yayılan ağrının, ürək tutmasının xəbərçisi ola biləcəyini bildirdi. Qəflətən ortaya çıxan ürəkbulanma, həddindən artıq tərləmə və ya bayılma hissinin, adətən qida zəhərlənməsi və ya stress mənşəli olduğu düşünülsə də, bu əlamətlər ürək sağlamlığına dair ciddi siqnallar ehtiva edə biləcəyini bildirdi. Ayaq, topuq və ya baldırda görülən şişkinliklərin də ürək çatışmazlığının əlaməti ola biləcəyini ifadə etdi. Bunun səbəbi ürəyin kifayət qədər qan pompalaya bilmədiyi zaman bədəndə maye yığılmasının yaşana bilməsidir.

Prime Leasing