Tünd rəngli giləmeyvələr - qarağat, qaragilə və böyürtkən kimi meyvələr güclü təbii antioksidantlarla zəngindir və bu antioksidantlar beynin qan təchizatını yaxşılaşdırır, beyin hüceyrələrini zədələnmədən qoruyur.
Yurd.Media xəbər verir ki, qida mütəxəssisləri qeyd edirlər ki, beynimiz həddindən artıq məlumat qəbul edir, bu giləmeyvələrin qida rasionumuza daxil edilməsi isə onu 'rəqəmsal stress' adlandırdığımız təsirdən qoruyacaq.
Həkimlər, həmçinin yaşıl yarpaqların, ispanağın, qoz-fındığın və balqabaq toxumlarının istifadəsindən imtina etməməyi tövsiyə edib. Bu qidalar sinir sistemini sakitləşdirən maqneziumla zəngindir.
"Maqnezium stress hormonu olan kortizolun səviyyəsini azaltmağa kömək edir".