SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Astara və Cəlilabad xəstəxanalarına rəhbərlik edib – Lənkərana təyin olundu

Astara və Cəlilabad xəstəxanalarına rəhbərlik edib – Lənkərana təyin olundu

  • 24 avqust 2026, 21:21
Lənkəran

Cənub bölgəsində səhiyyə müəssisələrindən birinin rəhbərliyində dəyişiklik edilib.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.

Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının, 2020-2025-ci illərdə isə Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Nuridə Məmmədova olub. O, bu ayın əvvəlində yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq öz istəyi ilə tutduğu vəzifədən azad olunub.

Skat.az - Ev və Avtomobil elanları