SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Arıqlamaq istəyənlər üçün: qəhvəyi piyin orqanizmdə aktivləşdirilməsi yolları

Arıqlamaq istəyənlər üçün: qəhvəyi piyin orqanizmdə aktivləşdirilməsi yolları

  • 30 sentyabr 2025, 08:44

İltihabəleyhinə maddələrin istehsalı və artıq kiloların yandırılması prosesində qəhvəyi piyin mühüm rol oynadığı təsdiqlənib.

Yurd.Media endokrinoloqların orqanizmdə qəhvəyi piyin nə qədər çox olarsa, insanın arıqlaması bir o qədər asanlaşması ilə bağlı araşdırmasını təqdim edir.

Həkimlər qeyd edir ki, bu vacib proses qəhvəyi piy toxumasında mitoxondrilərin – orqanizmin enerji və istilik mənbələrinin böyük miqdarda olması sayəsində başlayır. Məhz bu, sərbəst yağ turşularının "yanmasına" səbəb olur.

"Özü də adi prosesdən təxminən beş dəfə daha intensiv şəkildə".

Əvvəllər insanlarda yaş artdıqca qəhvəyi piyin yox olması barədə fərziyyələr mövcud idi. Lakin son araşdırmalar göstərib ki, yetkin insanlarda bu piy qorunub saxlanılır. Qəhvəyi piyi aktivləşdirməyə sərin mühitdə olmaq (soyuq prosesi stimullaşdırır), idman, mülayim günəş vannaları (ultrabənövşəyi şüaların təsiri səbəbindən) və qidalanma kömək edir. Qidalanmaya gəldikdə isə, həkimlərin sözlərinə görə, məlumatlar hələlik məhduddur.

Bununla belə, endokrinoloqlar gündəlik rasiona faydalı yağların daxil edilməsini məsləhət görür. Bu yağlar orqanizmdə iltihab səviyyəsini tənzimləməyə kömək edir, vaxtından əvvəl qocalmanın qarşısını alır və orqanizmdə mühüm prosesləri aktivləşdirir ki, bu da formanı qorumağa kömək edir. Qidalanmaya yağlı balıq (o cümlədən skumbriya), qoz-fındıq, toxumlar, zeytun yağı və avokado daxil etmək tövsiyə olunur.

Prime Leasing