Azərbaycanlı aktrisa Gövhər Şahbanova dövlət poliklinikasının şəraitsizliyini lentə alıb.
Yurd.Media xəbər verir ki, aktrisa övladını qan analizi üçün apardığı Abşeron rayonu Saray Ailə Sağlamlıq Mərkəzindəki vəziyyətdən narazılığını sosial şəbəkədə bildirib.
Şahbanovanın sözlərinə görə, dövlət poliklinikasında xəstələrin və işçilərin rahatlığı üçün heç bir otaqda kondisioner yoxdur:
“Bu boyda dövlət poliklinikasında bir dənə otaq yoxdur ki, orada kondisioner olsun. Camaat istidən bişə-bişə xidmət göstərir”, – deyə aktrisa bildirib.
Aktrisa həmçinin övladına qan analizi verə bilmədiyini də vurğulayıb. O, bunun səbəbini sistemin işləməməsi ilə izah edib.
Gövhər Şahbanova həmçinin poliklinikanın qarşısında 2 nəfərin uşaqların yanında siqaret çəkdiyinə də diqqət yetirib və olunan iradlara kəskin reaksiya verdiyini bildirib.