Bakıda yollarda tıxac dəyişməz problem olaraq qalır.
Yurd.Media xəbər verir ki, yeni tədris ili başlayan kimi yollarda tıxacların artacağı gozlənilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bölmə Rəisi Toğrul Nəsirli "Xəzər Xəbər"- ə bildirib ki, yollarda sıxlığın azalmasına xidmət edən qabaqlayıcı tədbirlər yalnız hərəkət iştirakçılarının məsələyə adekvat yanaşması ilə nəticə verə bilər:
"Bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər. Əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma və durma qaydalarını pozmamaqla, avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneə yaratmasınlar".
Qeyd edək ki, süni sıxlıqla bağlı yollarda müşahidə kameraları quraşdırılacaq.