Azərbaycanda vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər edilməlidir.
Yurd.Media xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.
“Yolu keçən hər adama görə maşın saxlamaq olmaz. 8-10 nəfər bir yerə yığışdıqdan sonra onların birlikdə yolu keçməsinə icazə verilməlidir”, - deyə deputat qeyd edib.