SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycanın texniki rezin istehsalçısı ləğv olunur

Azərbaycanın texniki rezin istehsalçısı ləğv olunur

  • 13 mart 2026, 17:59

“Mingəçevir Texniki Rezin” ASC mayın 1-də, saat 12:00-da səhmdarlarının növbəti ümumi yığıncağını keçirəcək. 

Yurd.Media xəbər verir ki, Səhmdar cəmiyyəti bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib. 

Elanda deyilir ki, yığıncaq müəssisənin Mingəçevir şəhəri, Samux küçəsi, 15 ünvanında yerləşən inzibati binasında olacaq. Səhmdarlar Cəmiyyətin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirə və təsdiq edəcək, onun ləğv edilməsi barədə qərar qəbul edəcək, bununla bağlı Ləğvetmə Komissiyası yaradacaq, prosesin dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxs təyin edəcək, Mülki Məcəllə əsasında digər məsələləri nəzərdən keçirəcək. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları