SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
“Bravo” eyni çörəyi müxtəlif mağazalarında fərqli qiymətə satır

“Bravo” eyni çörəyi müxtəlif mağazalarında fərqli qiymətə satır

Bakı

Bakıda fəaliyyət göstərən "Bravo" supermarketlər şəbəkəsində eyni növ çörəyin fərqli qiymətə satılması aşkarlanıb.

Yurd.Media-nın apardığı müşahidələrə görə, "Çörəkçi" firmasına məxsus 700 qramlıq kömbə çovdarlı çörək şəhərin bir çox marketlərində 1,25 manata satıldığı halda, bəzi “Bravo” filiallarında bu məhsul 10 qəpik baha təklif olunur.

Daha baha qiymətə satış olunan yerlərdən biri Bülbül prospekti, ev 18 ünvanında yerləşən "Bravo" mağazasında qeydə alınıb - 1,35 manat.

Məsələ ilə bağlı "Bravo" marketlər şəbəkəsindən Yurd.Media bildirilib ki, məhsulların qiyməti filialların yerləşdiyi ərazi, logistika xərcləri və digər əməliyyat faktorlarına görə dəyişə bilər. Şəbəkənin rəsmi mövqeyinə əsasən, bəzi hallarda qiymətlər bu səbəblərə görə artırıla və ya aşağı salına bilər.

Əməkdaşlarımız tərəfindən aparılan müşahidələr həmin məhsulun digər marketlər şəbəkələrində ərazidən asılı olmayaraq qiymət fərqi olmadığını üzə çıxarıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları